Orqan qalıqları və tibbi tullantılar günlərlə xəstəxanaların həyətində saxlanılır - VİDEO


Fərqli xəstəxanalar eyni mənzərə... İstifadə olunmuş tibbi ləvazimatlar....Və hətta əməliyyat sırasında çıxarılmış orqan qalıqları....

Çəkiliş zamanı müşahidə edilib ki, hətta klinikanın əməkdaşları belə tullantıları xüsusi sellofan torbalarda əraziyə gətirirlər. Çəkisi ölçüldükdən sonra isə həmin əraziyə atılır.

Bu tullantılara nəzarət edən və onları qəbul edən şəxslə də həmsöhbət olduq.

Onun sözlərinə görə, vəziyyət bir neçə gündür ki, belədir. Tullantıların ərazidən nə vaxt daşınacağı isə hələ məlum deyil .

Tullantılar açıq sahədə, birbaşa günəş şüalarının altında qaldığından ətrafa kəskin və xoşagəlməz qoxu yayılır.

Bu vəziyyət təkcə bir xəstəxana ilə məhdudlaşmır. Çəkiliş apardığımız növbəti xəstəxanada da oxşar mənzərə ilə qarşılaşdıq.

Məsələ ilə bağlı TƏBİB-dən “Xəzər Xəbər”ə bildirildi ki,problem qısa müddətli olub. Məsələ dərhal nəzarət götürülüb və tullantıların təmizlənməsi işi aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


MANŞET XƏBƏRLƏRİ