İsrail parlamenti (Knesset) oktyabrın 27-nə təyin edilmiş seçkilər öncəsi özünün rəsmi buraxılması barədə qanun layihəsini qəbul edib.
Məhz Knessetin 120 üzvündən 62-si qanun layihəsinin lehinə səs verib. Qanun layihəsinin əleyhinə səs verən və ya bitərəf qalan olmayıb.
Bununla da, iyulun 17-dən tətilə çıxan parlament seçkilərin nəticələrinə əsasən, yeni tərkib formalaşdırıldıqdan sonra fəaliyyətini bərpa edəcək.
Parlamentin 25-ci çağırışı 1988-ci ildən sonra 4 illik səlahiyyət müddətini tam başa vuran ilk çağırış olub. Bundan əvvəlki digər çağırışlar vaxtından əvvəl buraxılıb.
Qeyd edək ki, seçkilərdə əsas rəqabətin üç siyasi qüvvə arasında gedəcəyi gözlənilir.Bunlar hazırkı Baş nazir Benyamin Netanyahunun liderlik etdiyi “Likud” (Əmək) partiyasının ətrafında formalaşmış ultrasağçı ortodoksal blok, sabiq baş nazirlər Naftali Bennet və Yair Lapidin birgə yaratdığı, sağ mərkəzçi “Birlikdə” partiyası və sabiq baş qərargah rəisi Qadi Eyzenqotun “Birbaşa” (Yaşar-ivr.) partiyasıdır.
Son rəy sorğuları Benyamin Netanyahunun seçkilərdə qalib gəlmək şansının azaldığını göstərir. Respondentlərin 83 faizi seçkilərdən sonra yaradılan koalisiyaya “Haredi” (ultra-ortodoks) partiyaların daxil edilməsinə qarşı çıxıb. Rəyi soruşulanların yalnız 8 faizi bunu dəstəkləyir.
İyulun 17-də dərc edilən sorğunun nəticələrinə görə, müxalifət blokunun növbəti seçkilərdə 62 yer qazanacağı, hazırkı hakim koalisiyanın isə 48 yerə düşəcəyi gözlənilir.
Baş nazir Benyamin Netanyahunun Knessetin buraxılmasından əvvəl qanunvericilik sahəsindəki uğursuzluğu fonunda, Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət koalisiyasının 27 oktyabr 2026-cı il seçkilərində yerlərin əksəriyyətini qazanacağı gözlənilir.
Sorğu “Likud” partiyasının yerlərinin azaldığını və “Yaşar”la bərabər 22 mandat qazanacağını göstərir. “Mavi və Ağ” və “Balad” partiyaları Knessetdə yer qazanmaq üçün tələb olunan 3,25 faizlik seçki barajını aşa bilməyəcəklər.
Rəyi soruşulan seçicilərin 70 faizi seçkilərdən sonra koalisiyaya ərəb partiyasının əlavə edilməsini dəstəkləyib.
Respondentlərin 10 faizi buna qarşı çıxdığı halda, 20 faizi belə bir addımın əhəmiyyətsiz olduğunu və ya heç bir fikri olmadığını deyib. /cebheinfo.az/