İngiltərədə hakim Leyborist Partiyasının lideri seçilən Endi Börnhem Mançester meri kimi fəaliyyəti dövründə qazandığı uğurlara görə "Şimalın kralı" ləqəbini alıb.
Turkustan.az xəbər verir ki, onun növbəti həftə Böyük Britaniyanın Baş naziri vəzifəsini tutacağı gözlənilir.
Keir Starmerin istefasından sonra boş qalan Leyborist Partiyasının rəhbərliyinə seçilən Börnhemin yerli idarəçilikdən ölkənin ən yüksək siyasi vəzifəsinə qədər uzanan siyasi yolu diqqət çəkir.
7 yanvar 1970-ci ildə Liverpul yaxınlığındakı Aintree şəhərində anadan olan Endryu (Endi) Murrey Börnhem mühəndis ata və məsləhətçi ananın övladıdır. O, ibtidai və orta təhsilini katolik məktəblərində alıb.
Özünü katolik dəyərləri ilə böyümüş, lakin dindar olmayan biri kimi təqdim edən Börnhem 2015-ci ildə verdiyi müsahibədə məktəbdə katolik təhsilinin məcburi olduğunu və bu yanaşmanın düzgün hesab etdiyini bildirib. O, katolik sosial təlimlərinin siyasi dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az