Göyçayda baş vermiş qəzada ölən və yaralanan şəxslərin kimliyi bəlli olub.
Turkustan.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı 1970-ci il təvəllüdlü H. Salahov və 2016-cı il təvəllüdlü L. Feyzullayeva ölüblər.
1968-ci il təvəllüdlü İ. Əmrahov, 1964-cü il təvəllüdlü M. Əmirova, 1998-ci il təvəllüdlü A. Feyzullayeva və 2 yaşlı qız uşağı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bugün saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində “Opel” , KİA və “Chevrolet” markalı avtomobillər toqquşub.