Avropaya qaçaq keçmək istəyən azərbaycanlılar tutuldu


Türkiyədən qayıqla Avropaya keçmək istəyən Azərbaycan və Əfqanıstan vətəndaşları saxlanılıb.

Turkustan.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar Çanaqqala vilayətinin Ayvacık rayonu yaxınlığında Sahil Mühafizə qrupları tərəfindən həyata keçirilən əməliyyatla tutulublar.

Bildirilib ki, 9-u azyaşlı olmaqla, ümumilikdə, 31 qeyri-qanuni miqrant saxlanılıb.

Məlumata görə, miqrantlar əməliyyat-axtarış tədbirləri tamamlandıqdan sonra aidiyyəti üzrə təhvil verilib. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ