Türkiyədə kişi evinə girən ilanı öldürmək istəyərkən beş nəfəri yaralayıb.
Hadisə 30 may tarixində Türkiyənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.
Belə ki, 56 yaşlı kişi evinin kanalizasiyasına ilişib qalmış ilana ov tüfəngindən atəş açıb.
Səkdirmə güllələri üçü uşaq olmaqla, beş nəfəri yaralayıb. Polis və təcili yardım işçiləri dərhal hadisə yerinə gəlib və bütün yaralılar Siverek Dövlət Xəstəxanasına aparılıb. Həkimlər onların vəziyyətinin qənaətbəxş hesab edib.
Jandarma əməkdaşları hadisə yerinə baxış keçirib və araşdırma başlayıb. İlanın taleyi məlum deyil. /Yeni Sabah/