Bakıda divar uçdu, avtomobillər əzildi - VİDEO


Bir neçə gün əvvəl paytaxt ərazisinə yağan aramsız yağışlar Nərimanov rayonu, Malik Məmmədov küçəsində yaşayan sakinlərə ciddi ziyan vurub.

Turkustan.az Baku Tv-yə istinadən xəbər verir ki, bəzi evlərə və avtomobillərə ciddi ziyan dəyib. Bir neçə avtomobil demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb.

Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, heç bir cavab almayıblar.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin binasının hasarı uçaraq mənim evimə də ziyan vurub. Yağışlı havalarda divarda çatlar əmələ gəlir və həmin çatlardan sular evin içinə daxil olur", - sakinlərdən biri söyləyib.

Başqa bir sakin isə bildirib:

"Təxminən 10 saniyə gec gəlsəydim, divar mənim üstünə düşəcəkdi, necə ki, bu maşınların üstünə düşüb".


MANŞET XƏBƏRLƏRİ