Füzulidə at belində olan kişini ildırım vurdu


Füzulidə ildırım 77 yaşlı kişini at belində vuraraq öldürüb.

Turkustan.az-ın Teleqraf-a istinadən xəbərinə görə, hadisə rayonun Zobuçuq qəsəbəsində baş verib.

Əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Əlyar Güləhməd oğlu Hacıyev at ilə qoyun təsərrüfatında hərəkətdə olarkən ildırım onu vurub. Baş vermiş hadisə nəticəsində Ə.Hacıyev hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ