Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri "Son zəng"ə görə rəqs məşqi etmək üçün məktəbə gəliblər. Lakin mühafizəçisi onların məktəb həyətinə daxil olmasına icazə verməyib. Tərəflər arasında mübahisə yaranıb.
Turkustan.az news24.az-a istinadla xəbər verir ki, hadisə iyunun 5-də axşam saatlarında qeydə alınıb.
Şagirdlərdən birinin mühafizəçinin üzərinə bıçaq çəkdiyi iddia olunur.
Ötən ay sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb.
İddialara görə, səs yazısında direktor "Son zəng" üçün pul yığılmasını tələb edib və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini deyib. Daha sonra direktor vəzifəsindən azad edilib.