Mask yeni partiya yaratmaq istəyir: Trampa yeni rəqib gəlir


Tesla ilə SpaceX-in sahibi, amerikalı iş adamı İlon Mask və ABŞ prezidenti Donald Trampın qarşılıqlı ittihamlarından sonra “Amerika Partiyası” adlı yeni siyasi partiyanın yaradılması ideyasını ictimaiyyətlə bölüşüblər.

Turkustan.az xəbər verir ki, Mask yeni siyasi partiya yaratmaq fikrini sahibi olduğu X sosial media platformasında paylaşıb.

Mövzu ilə bağlı X vasitəsilə sorğu təşkil edən Mask ölkədə yeni bir siyasi partiyaya ehtiyac olub-olmadığını soruşdu.

"ABŞ-da həqiqətən yeni siyasi partiya yaratmağın vaxtı çatıbmı?"-deyə, Mask bildirib.

Sorğuda iştirak edənlərin 80,4 faizi Maskın sualına “hə” cavabını versə də, 19,6 faizi “yox” deyib.

Sorğunun nəticələrinə toxunan Mask: "Xalq danışdı. ABŞ-da orta 80 faizi təmsil edəcək yeni bir siyasi partiyaya ehtiyac var. Və insanların düz 80 faizi razıdır. Bu, qismətdir" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ