Almaniya hökuməti Ukraynada raket istehsalına başlamağı planlaşdıraraq Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlara getdikcə daha çox cəlb olunur.
Turkustan.az xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bundestaqın sədri Yuliya Klöknerə və Almaniya parlamentindəki siyasi fraksiyaların rəhbərlərinə müraciətində deyib.
"Biz bilirik ki, Almaniya hökuməti Ukraynada raket istehsalına başlamağı planlaşdırır. Bu, Almaniyanı getdikcə daha çox Rusiyaya qarşı hərbi əməliyyatlara cəlb edir. Bunun nəyə gətirib çıxara biləcəyini özünüz başa düşürsünüz", - Volodin bildirib. Müraciətin mətni Dövlət Dumasının saytında yerləşdirilib.
O əlavə edib ki, yaxın tarixdə Rusiya Almaniyanın inkişafına imkan verən səmərəli qarşılıqlı fəaliyyət və iqtisadi əlaqələr qurmaq üçün hər şeyi edib. Bununla belə, Almaniyanın indiki hakim elitası iki ölkə arasında toqquşmalara səbəb olur.
Aytən Yaşar/ Turkustan.az