"Gəncə darvazalarının köhnə yeri Gəncə çayının içərisindədir. Qala divarları elə tikilmişdi ki, çay oradan keçərək təbii müdafiə sistemi əmələ gətirirdi".
Turkustan.az xəbər verir ki, bunu tarixçi Bəxtiyar Məhərrəmov Gəncənin əzəmətli qala qapıları barədə “Baku TV”yə açıqlamasında söyləyib.
"Gəncə darvazalarının tarixi 1139-cu ildən başlayır. Şəhərdə zəlzələ baş verir. Bundan istifadə edən gürcü çarı I Demetri Gəncəyə hücum edir, əhali qarət edilir, eləcə də əsir götürülür. Eyni zamanda, Gəncə darvazalarından biri aparılır", - deyə o əlavə edib.
Tarixçi qeyd edib ki, həmin darvazanın bir hissəsi Gelati monastırının təmirində istifadə edilir, qalanı isə indiyə qədər saxlanılır.
Ətraflı videoda: