Medinski: Ukraynanı İstanbul danışıqlarına əməl etməyə çağırırıq


İstanbulda birbaşa danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski Ukraynanı əldə olunan razılaşmalara əməl etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Medinski iyunun 6-da İstanbulda Türkiyənin ev sahibliyi etdiyi Rusiya və Ukrayna arasında aparılan danışıqlarla bağlı Telegram kanalında açıqlamalar verib.

Medinski Ukrayna ilə 6 min əsgərin dondurulmuş cəsədlərinin təhvil verilməsi, ağır yaralı və xəstə əsgərlərin və 25 yaşından kiçik əsir düşən əsgərlərin dəyişdirilməsi ilə bağlı razılaşmaların əldə edildiyini və Rusiya tərəfinin bu razılaşmaların həyata keçirilməsi istiqamətində işlərə başladığını qeyd edib.

Medinski: "1212 əsgərin donmuş cəsədi soyuducu maşınlarla mübadilə sahəsinə aparıldı. Qalan cəsədlər yoldadır. Bundan başqa, mübadilə prosesinə başlamaq üçün 640 ağır yaralı, xəstə və yaşı 25-dən az olan əsgərdən ibarət ilkin siyahı Ukraynaya verildi" deyib.

Bu məqsədlə Rusiya Müdafiə Nazirliyinin təmas qrupunun sərhəddə olduğunu bildirən Medinski bunları qeyd edib:

"Ukrayna tərəfi gözlənilmədən cəsədlərin qəbulunu və əsirlərin dəyişdirilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Ukrayna tərəfdən qrup nədənsə mübadilə yerinə gəlməyib. Onların dedikləri səbəblər qəribədir. Biz Kiyevi cədvələ ciddi əməl etməyə çağırırıq, əldə olunmuş bütün razılaşmalara və mübadilələrə dərhal başlanmağa çağırırıq. Biz də onları 6000 Ukrayna əsgərinin donmuş cəsədlərini qəbul etməyə çağırırıq".

Rusiya mətbuatında yer alan xəbərlərə görə, sərhədə yaxın Bryansk bölgəsində Ukraynaya gətiriləcək cəsədləri daşıyan soyuducu maşınlar tapılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ