Mask və Tramp qalmaqalı siyasi oyundur, yoxlanış aparırlar - ŞƏRH


Son günlər bütün dünya bir məsələ barəsində danışır. Donald Tramp və İlon Maskın mübahisələrindən. Vəziyyət o yerə çatıb ki, tərəflər sosial şəbəkələr üzərindən bir-birilərinə təhqirlər yağdırır, ittihamlar irəli sürürlər.

Hətta bu gün Tramp açıqlama verərərk, bildirib ki, Mask ağlını itirib. İlon Mask isə onu Epsteinişi üzrə hədələyir və yeni partiya yaratmaq niyyətinin olduğunu bildirir. Bununla da Trampa rəqib olmaq istəyir.

Maraqlıdır görəsən, aralarında su keçməyən iki "dost" arasında birdən-birə nə baş verdi? Tramp Maskın daim yanında olacağını bildirdiyi halda, onu niyə saraydan qovdu? Turkustan.az olaraq mövzu ilə bağlı bu suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.

Samir Humbatov on X: "Samir Hümbətov:

Samir Hümbətov

Açığı Tramp və Mask münasibətlərinin pozulduğunu düşünmürəm. Görünən odur ki, qarşılıqlı döyüş gedir. Əslində sadəcə göstərmək istəyirlər ki, guya hakimiyyət daxilində də müəyyən narazılıqlar olur. Bir də Trampın atdığı addımların bəziləri Maskın biznes maraqlarına cavab vermir. Digər tərəfdən isə bu bir növ yoxlanış da ola bilər ki, Maska kimlərin dəstək olacağını, kimin Trampın yanında olacağını öyrənmək istəyirlər. Yəni, bunu bir növ oyun hesab etmək olar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ