Zaxarova ittiham etdi: Zelenski pula görə danışıqları mənasız hesab edir


Zelenski Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqları pul və ya silahla nəticələnmədiyi üçün “mənasız” adlandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Belarusun “Birinci məlumat” telekanalına bildirib .

"Bu, yalnız bir şey deməkdir: danışıqlar pul, silah və ya öz ambisiyalarının həyata keçirilməsi ilə nəticələnmədiyi üçün Zelenskiyə görə mənasızdır" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ