Parkda ağaca çıxdı, düşə bilmədi - Xilasedicilər gəldi - VİDEO


Ötən gecə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən parkın ərazisində 1 nəfər şam ağacına çıxıb və enə bilmədiyi üçün köməksiz vəziyyətdə qalıb.

Turkustan.az xəbər verir ki, bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən hündürlüyü 5 metr olan şam ağacında köməksiz vəziyyətdə qalmış 2012-ci il təvəllüdlü yeniyetmənin təhlükəsiz qaydada ağacdan endirilməsi təmin edilib.



Bizim.Media


MANŞET XƏBƏRLƏRİ