Rusiyada ağır qəza: 3 azərbaycanlı öldü - FOTO


Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.

Turkustan.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 30-da Rusiya Federasiyasının Şimali Osetiya ərazisində baş verib.

"LADA Priora" və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.

Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.


MANŞET XƏBƏRLƏRİ