Ukrayna Rusiyanı məhbusların dəyişdirilməsinə çağırır


Ukrayna Müdafiə Nazirliyi Rusiyanı İstanbuldakı razılaşmaya uyğun olaraq əsir mübadiləsini həyata keçirməyə çağırıb.

Turkustan.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması üçün İstanbulda keçirilən danışıqlarda əsir və ölən əsgərlərin cəsədlərinin dəyişdirilməsi ilə bağlı razılığın əldə edildiyi xatırladılıb.

Bəyanatda deyilir ki, Rusiya 2000-ci ildən sonra doğulmuş ağır xəstələr, ağır yaralı və əsir götürülən əsgərlərin mübadiləsinə, həmçinin ölən əsgərlərin cəsədlərinin mübadiləsinə “bu günlərdən” başlamağa söz verib. “Rusiya tərəfini ukraynalı məhbusları təhvil verməmək və öz məhbuslarını Rusiyaya qaytarmamaq üçün süni maneələr törətməməyə və yalan bəyanatlar verməməyə çağırırıq”, - deyə məlumatda bildirilir.

Bəyanatda aşağıdakılar qeyd olunub:

"Rusiya tərəfi indi İstanbulda verdiyi vədlərdən imtina edərsə, bu, bir daha Rusiya danışıqlar qrupunun səviyyəsi və imkanları ilə bağlı sualı gündəmə gətirir. Əldə edilən razılaşmalar İstanbulda müzakirə edildiyi kimi və sonrakı texniki məsləhətləşmələrdə tam şəkildə həyata keçirilməlidir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ