Ermənistanın Zəngəzur (Sünik) rayonunun Dığ kəndinin iki azyaşlı sakini azaraq Azərbaycan ərazisinə keçib.
Bu barədə Turkustan.az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) adlı şəxslər Ərəvus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə düşüblər.
Bildirilir ki, onlar Azərbaycan ərazisinə keçmiş ola biləcək mal-qaranı qovurmuşlar.
***
Ermənistan tərəfindən iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.