Ötən gecə Biləcəridə sərxoş sərnişinin avtobusda yaratdığı insidentin bəzi təfərrüatları üzə çıxıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Üç qardaş" MMC-dən məlumat verilib.
Bildirilib ki, sərxoş sərnişin avtobusa "Mərəzə pasyolkası" adlanan ərazidən minib. Sürücüyə pul verib. Sürücü isə pulu götürməyib. Bu səbəbdən aralarında münaqişə başlayıb:
"Sonra kənardan bir sərnişin həmin adamin yerinə kart vurub və pul almayıb. Bundan sonra həmin sərnişin (içkili olan) sürücünü təhqir edib. Digər sərnişinlərin müdaxiləsindən sonra içkili sərnişin sakitləşib", - deyə məlumatda qeyd olunub.
***09:25
Bakıda, Biləcəri qəsəbəsində avtobusda insident yaşanıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə ötən gecə "Biləcəri dairəsi" adlanan ərazidə, 92 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.
Belə ki, sərxoş olduğu iddia edilən şəxs sürücünü və digər sərnişinləri təhqir edərək, qorxuya salıb.
O, sürücünün başı üzərində dayanaraq tez sürməsini tələb edib.
Sözügedən kadrları təqdim edirik: