Ukraynanın Xarkov şəhəri müharibə dövründəki ən dağıdıcı hücuma məruz qalıb. Cəmi bir saat yarım ərzində şəhərdə azı 40 partlayış qeydə alınıb.
Turkustan.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkovun meri İqor Terexov məlumat verib.
Belə ki, gecə saatlarında şəhər dronların hədəfinə çevrilib. Xüsusilə mərkəzdə yerləşən bir yaşayış binasında 6-cı mərtəbədən 9-cu mərtəbəyə qədər mənzillər alova bürünüb. İlkin məlumatlara görə, dağıntılar altında qalan insanlar var.
"Hücum bir saatdan çox davam etdi, səma dronlarla dolu idi. Onlarla partlayış səsi eşidildi", — deyə mer bildirib.
Hücumlar nəticəsində 3 nəfər həlak olub, daha 17 nəfər, o cümlədən ikisi uşaq yaralanıb.
Ümumilikdə ruslar Xarkova 48 minaatanla hücum edib, 4 KAB hava bombası və 2 raket atıblar.
Bu gün səhər saatlarına olan məlumata görə, 18 çoxmənzilli binaya və 13 fərdi yaşayış evinə ziyan dəyib. Zərbələr havadan və yerdən, o cümlədən dronlar vasitəsilə endirilib.
Bizim.Media