Bakıda həbsxananın damı çökdü, məhkum öldü


Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində məhkum ölüb.

Ədliyyə Nazirliyindən bildirilib.ki, iyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun mayın 2-də aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

***

Bakıda həbsxananın damı çöküb.

Ədliyyə Nazirliyindən bildirilib ki, bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum yaralanıb.

Müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.


MANŞET XƏBƏRLƏRİ