DİQQƏT! Zobu olanlar bunları yeməlidir


Qalxanabənzər vəzin və ya tiroid vəzin yaxşı işləməsi üçün meyvə və tərəvəzdən çox istifadə edilməli, zülalla zəngin qidalar qəbul edilməlidir. Orqanizmin zəruri miqdarda zülal qəbul etməsi qalxanabənzər vəzin yaxşı işləməsini təmin edir.

Turkustan.az xəbər verir ki, xüsusilə həftədə iki dəfə yağlı balıqla qidalanmaqla zəruri miqdarda Omeqa-3 yağ turşuları qəbul edilməlidir. Həddindən artıq karbohidratlı qida qəbulu və yağlı yeməklər qalxanabənzər vəzi üçün zərərlidir. Unlu və nişastalı qidalar da azaldılmalıdır.

Meyvə və tərəvəz ilə zəruri miqdarda A, C və E vitamini kimi antioksidan vitaminləri qəbul edənlərdə qalxanabənzər vəzin xərçənginə daha az rast gəlindiyi üçün çoxlu meyvə və tərəvəz yeyilməlidir.

Qara kələm, balqabaq, turp, ağ turp və gül kələmi kimi tərəvəzlər zob əmələ gətirmir. Bu səbəbdən onlardan rahatlıqda istifadə edilə bilər. Soya paxlasının zob əmələ gətirmə kimi bir təsiri olmamasına baxmayaraq, yod çatışmazlığı zamanı zobun yaranmasına səbəb ola bilər. Ölkəmizdə yod çatışmazlığı yüksək olduğundan, qalxanabənzər vəzinin sağlamlığını qorumaq üçün soya və soya tərkibli məhsulları çox istifadə etmək tövsiyə edilmir. Soyadan alınan İzoflavon prepartından menopauza zamanı ağırlaşmaları azaltmaq üçün tez-tez istifadə edilir. Əgər yod çatışmazlığınız varsa, İzoflavon preparatının zob və qalxanabənzər vəzi hormanlarında pozulmalara səbəb ola biləcəyini unutmayın.

Qalxanvari vəzimiz üçün əhəmiyyətli qidalardan biri müxtəlif meyvə və tərəvəzlərə rəng verən “flavonoid” adlı kimyəvi maddələrdir. Bunlar bizi xərçəng və ürək xəstəliklərindən qoruyur. Bu maddələr normal meyvə və tərəvəz ilə qəbul edildikdə, qalxanabənzər vəziyə heç bir zərər vermir, lakin dəstəkləyici preparatlarla (qenistein, kversetin kimi) həddindən artıq qəbul edildikdə, yodun qalxanabənzər vəz tərəfindən udulmasının qarşısını alaraq zobun yaranmasına səbəb ola bilər. Bitki tərkibli (herbal) dərmanlardan istifadə edərkən, onların tərkibində qenistein və kversetinin olmamasına diqqət yetirin.

Hindqozu, balıq və kətan toxumu qalxanabənzər vəzin yaxşı işləməsini təmin edir.

Kofein, alkoqol, siqarət və şəkər tozu qalxanabənzər vəzi üçün zərərli hesab olunur. Onlardan daha az istifadə edilməlidir.

Suların tərkibində xlor və flüorun həddindən artıq olması qalxanabənzər vəzinə zərər verdiyi üçün suda bu mineralların çox olmamasına diqqət yetirilməlidir. Xüsusilə fosfatlı gübrələrlə qarışmış suda xlorun miqdarı daha çox olur və zobun yaranmasına səbəb olur.

Dişlərin müalicəsi zamanı amalqam və civədən istifadə etməməkdə qalxanabənzər vəzin sağlamlığı üçün əhəmiyyət daşıyır.

Qalxanvari vəzi tərəfindən sintez edilən T4 hormonun T3 hormonuna çevrilməsində faydalı olan selen, sink, E vitamini və B6 vitamini tərkibli qidaların zəruri miqdarda qəbulu qalxanabənzər vəzin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ