Baş nazirdən dörd kəndlə bağlı açıqlama: Azərbaycanın olduğu deyilməsə, problem yaranacaq


“Məlum anklavlar (Azərbaycanın Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləri- red.) Ermənistanın 29 743 kvadratkilometr ərazisinə daxil deyil”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, əgər Ermənistan öz suveren ərazisinin 29 753 kvadratkilometr olduğunu bəyan edirsə, o zaman başqasının hesabına 10 kvadratkilometr əlavə etməklə beynəlxalq legitimlik çərçivəsindən kənara çıxır və ona özünə qarşı hərəkətlər həyata keçirmək üçün legitimlik verir.

Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyəti beynəlxalq legitimliyə əsaslanaraq, hər kəsi ölkəyə qarşı addımlar atmaq legitimliyindən məhrum edir:

“Bu, möhkəm zəmanət deməkdirmi? Xeyr, demək deyil. Buna görə də kompleks yanaşma vacibdir. Legitimlik birinci məsələdir, ikinci isə qarşılıqlı əlaqəlilikdir. Tez-tez deyirlər ki, Ermənistan çox şey edir, Azərbaycan isə etmir. Bu baxımdan ən bariz nümunə odur ki, Azərbaycanın dəmir yolu hər iki istiqamətdə Ermənistan üçün açıqdır. Halbuki Azərbaycan hazırda Ermənistanın dəmir yolundan istifadə etmir. Buna görə də həmin məntiqə əsasən, Azərbaycanın dəmir yolu Ermənistan üçün açıq olmamalı idi”.

Hökumət başçısı beynəlxalq legitimlik komponentinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, əgər münasibətlər legitimdirsə, onda təhdid elementi ehtiva etmir, həmin münasibətlərdə qeyri-legitimlik komponenti varsa, o zaman onlar təhdid ehtiva edir.

Baş nazir əlavə edib ki, ordu suveren və beynəlxalq səviyyədə tanınmış sərhədi qorumaq məqsədilə fəaliyyət göstərir və inkişaf edir. O, bu məntiqdən kənara çıxmağın Ermənistanın ciddi çətinliklərlə üzləşməsi və həssas vəziyyətə düşməsi demək olduğunu bildirib:

“Çünki bu halda başqalarının addımları üçün legitim əsas yaranacaq. Kərki ilə bağlı söhbətlər də bununla əlaqəlidir. Biz deyirik ki, Almatı Bəyannaməsi delimitasiya və demarkasiya məsələsində fundamental prinsipdir. Bu, Ermənistan ərazisinin hələ 2018-ci ildən əvvəl Ermənistan tərəfindən tanınmış Ermənistan SSR ərazisi ilə tam eyniliyini nəzərdə tutur. Ermənistan bunu ölkə ərazisinin 29 743 kvadratkilometr göstərildiyi “Torpaq balansı haqqında” qanunu qəbul etməklə təsdiqləyib. Kərkinin olmadığını demək isə 29 743 kvadratkilometr məntiqindən kənara çıxmaq deməkdir”./Teleqraf


MANŞET XƏBƏRLƏRİ