Dövlət Xidmətinin rəisi: "İşğal dövründə Gəncəsər monastırından qəbirlər çıxarılaraq aparılıb"


"İşğaldan azad edilmiş ərazilərdə olan dini-tarixi abidələr, həm xristian, həm də müsəlman abidələri vandallıq aktına məruz qalıb".

Turkustan.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda təşkil olunmuş konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bəzi abidələr elə bir vəziyyətə qoyulub ki, onun xristian və ya müsəlman abidələrinə aid etmək çətindir:

"Azad edilmiş ərazilərdə böyük kilsələr saxtalaşdırılıb, kiçik kilsələrə isə, ümumiyyətlə, təmiri üçün hər hansı bir iş görülməyib. Gəncəsər monastırında qəbirlər çıxarılaraq aparılıb, burada qanunsuz olaraq tikinti işləri həyata keçirilib. Nazirlər Kabineti tərəfindən artıq 44 abidə dövlət tərəfindən qorunan abidələr siyahısına əlavə olunub, digərlərinin əlavə olunması üzrə də işlər gedir"./oxu.az


MANŞET XƏBƏRLƏRİ