Netanyahu ABŞ-a belə gedəcək: Təhlükəsizlik tədbirləri gücləndirilir


İsrail Baş naziri Binyamin Netanyahunun gələn həftə ABŞ-a səfəri zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə qorunacağı bildirilir.

Turkustan.az xəbər verir ki, Netanyahu BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək. Onun təyyarəsinin Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanı əvəzinə Nyu-Cersi ştatındakı Nyuark hava limanına enməsi gözlənilir.

İsrailin Walla xəbər saytının ABŞ-dakı siyasi mənbəyə istinadən yaydığı məlumata görə, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahu barəsində həbs qərarı çıxarmasına baxmayaraq, ABŞ təhlükəsizlik və kəşfiyyat xidmətləri səfər zamanı “fövqəladə səviyyədə” tədbirlər həyata keçirəcək.

ABŞ mənbəsi Netanyahunun təyyarəsinin Nyu-Yorkdakı JFK hava limanı əvəzinə Nyuark hava limanına enəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ