ABŞ-ın Fələstin prezidenti Mahmud Abbasa BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza vermədiyi bildirilir.
Turkustan.az xəbər verir ki, “The Times of Israel” qəzeti ABŞ və Fələstin rəsmilərinə istinadən Abbasın ardıcıl ikinci ildir ki, BMT Baş Assambleyasında videokonfrans vasitəsilə çıxış etməyə məcbur qalacağını yazıb.
Məlumata görə, Abbasla yanaşı, BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfər etməsi planlaşdırılan digər Fələstin rəsmilərinin də viza müraciətləri rədd edilib.
Fələstinli rəsmi viza müraciətinin rədd edilməsinin səbəbinin ABŞ qanunvericiliyinin terror fəaliyyəti ilə məşğul olan və ya terror təşkilatları ilə əlaqəsi olan şəxslərə viza verilməsini məhdudlaşdıran 212(a)(3)(B) maddəsi olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az