Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib ki, Azərbaycandan benzin tədarükü dünya bazarında yanacağın kəskin bahalaşması fonunda ölkədə qiymət artımını məhdudlaşdırmağa imkan verib.
Turkustan.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında alternativlərin, xüsusən də Azərbaycan benzin xəttinin vacibliyini vurğulayıb:
"Əgər alternativlər, xüsusən də Azərbaycan benzini olmasaydı, o zaman ölkəmizdə benzinin qiyməti beynəlxalq bazarlarda olduğu kimi kəskin yüksələcəkdi".
Papoyanın sözlərinə görə, tədarükün diversifikasiyası sayəsində Ermənistanda benzinin qiyməti bir çox başqa ölkələrlə müqayisədə xeyli az artıb.
Nazir əlavə edib ki, daxili bazarda qiymət sıçrayışının qarşısını almaq üçün Azərbaycan istiqamətinə üstünlük verilib:
"Biz benzinin qiymətinin dəfələrlə deyil, faizlə artması üçün onu Azərbaycandan alırdıq"./Musavat.com