Çində şok anlar! Robot layihələndiricisinə hücum etdi


Çində humanoid robotun nümayişi zamanı gözlənilməz hadisə baş verib. Robot qəfildən onu hazırlayan mühəndisi təpikləyib.

Turkustan.az xəbər verir ki, təqdimat zamanı robotun hərəkətlərini nümayiş etdirən mühəndis qəfil təpik zərbəsinə məruz qalıb. Zərbənin təsirindən onun əlindəki pult yerə düşüb.

Robotun ikinci dəfə təpik atmasından isə mühəndis son anda yayına bilib. Hadisə nəticəsində onun xəsarət almadığı bildirilib.

Qısa hərəkət nümayişindən sonra robot döyüş sənətlərini xatırladan salamla çıxışını başa vurub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ