Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Kanadaya Aİ-nin “assosiativ üzvü” olmaq imkanını nəzərdə tutan təklif irəli sürüb.
Turkustan.az xəbər verir ki, fon der Leyen Avropa Parlamentində “Birliyin Vəziyyəti” ilə bağlı illik çıxışında Kanada ilə münasibətlərin mümkün olan ən yüksək səviyyəyə çatdırılmasını istədiklərini bildirib.
O, Kanada Baş naziri Mark Karni ilə birlikdə iki tərəf arasında daha sıx əməkdaşlığa imkan verəcək yeni formatın yaradılmasını təklif edib.
Lakin Aİ-nin hazırda rəsmi “assosiativ üzvlük” statusunun olmaması bu təşəbbüsün həyata keçirilməsini çətinləşdirir.
“Assosiativ üzvlük” ideyası daha əvvəl Karni tərəfindən də irəli sürülüb. Lakin Aİ paytaxtları və Kanadadakı siyasi dairələrin reaksiyasından sonra Karni təklifi “Aİ ilə unikal ittifaq qurmaq” formatında təqdim etməyə başlayıb.
Fon der Leyen çıxışında həmçinin NATO-nun 4-cü maddəsinə bənzər “fövqəladə təhlükəsizlik protokolu”nun yaradılmasını təklif edib. Bu mexanizmin Aİ və tərəfdaş ölkələr arasında təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirməsi nəzərdə tutulur.
Aytən Yaşar/ Turkustan.az