Kiyevdə sentyabrın 17-də Rusiyanın həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində yaralananların sayı 16-ya çatıb. Onların arasında iki uşaq da var.
Turkustan.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko Telegram kanalında bildirib.
“Hazırda paytaxtda 16 zərərçəkən var. Onların arasında iki uşaq da var”, - deyə Kliçko qeyd edib.
Ukrayna polisinin məlumatına görə, Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumun nəticələri Kiyevin üç rayonunda qeydə alınıb.
Aytən Yaşar/ Turkustan.az