Hikmət Hacıyev: Azərbaycan ərazisində xristian irsini qorumağa sadiqdir


Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkə ərazisindəki xristian irsinin qorunmasının Azərbaycanın öhdəliyi olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, bunu Hikmət Hacıyev Dubayda keçirilən Ərəb Media Sammitində "Euronews"un forum panelində deyib.

O bildirib ki, Azərbaycan İslam sivilizasiyasının bir hissəsi olsa da, ölkədə islam, xristianlıq və yəhudilik dinlərinə məxsus məscid, kilsə və sinaqoqlar mövcuddur:

"Azərbaycanın suveren ərazisində xristian irsini, onun kimə məxsus olmasından asılı olmayaraq qorumağa sadiqik. Çünki bu, bizim mədəni irsimizdir".

Prezidentin köməkçisi Azərbaycanın tarixən müxtəlif dinlərin birgə yaşadığı məkan olduğunu vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ