ÜST: Hantavirus epidemiyası başa çatdı


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Hollandiya bayrağı altında üzən MV Hondius kruiz gəmisində qeydə alınan hantavirus yoluxmaları ilə bağlı epidemiyanın başa çatdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, ÜST-ün həftəlik mətbuat konfransında çıxış edən Qebreyesus bildirib ki, virusa yoluxmuş şəxslə son təmasda olan şəxs karantin müddətini başa vurub, test nəticəsi mənfi çıxıb və evə qayıdıb.

"25 maydan bəri yeni yoluxma halı qeydə alınmayıb. Buna görə də ÜST hantavirus epidemiyasının başa çatdığını hesab edir", – deyə o bildirib.

Qebreyesusun sözlərinə görə, epidemiya ərzində ümumilikdə 13 yoluxma və 3 ölüm halı qeydə alınıb. Hadisə ilə əlaqədar 33 ölkə və ərazidə 650-dən çox təmasda olan şəxs müəyyən edilərək izlənilib.

O qeyd edib ki, epidemiyanın başa çatmasına baxmayaraq, ÜST hantavirusun daha yaxşı öyrənilməsi üçün hökumətlər və tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ