Kardiologiya üzrə türk mütəxəssis, Prof. Dr. Ahmet Taha Alper son dövrlərdə gənc yaşlarda artan ani ölüm halları ilə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, mütəxəssis bildirib ki, gənclər arasında qəfil ölümlərin ən əsas səbəblərindən biri ürək ritm pozğunluqlarıdır. Onun sözlərinə görə, bu pozğunluqlar çox vaxt gözlənilmədən ortaya çıxır və vaxtında aşkarlanmadıqda ciddi fəsadlara yol aça bilər.
Alper həmçinin vurğulayıb ki, ürək tutmaları hər zaman tipik simptomlarla müşahidə olunmur. Bəzi hallarda xəstələr bu vəziyyəti mədə ağrısı və ya həzm problemləri ilə səhv sala bilirlər.
Türk kardioloq erkən əlamətlərə diqqət edilməsinin və şübhəli hallarda dərhal tibbi yardıma müraciət edilməsinin həyati əhəmiyyət daşıdığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az