CHP sədri Kamal Kılıçdaroğlu 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvə Görüşü ərəfəsində partiyasının qərargahında mətbuat konfransı keçirərək Türkiyənin alyansdakı mövqeyi ilə bağlı fikirlərini bölüşüb.
Turkustan.az xəbər verir ki, Kılıçdaroğlu bildirib ki, Türkiyə NATO daxilində müstəqil qərarlar verən və strateji baxımdan mərkəzi rol oynayan ölkə olmalıdır. Onun sözlərinə görə, Ankara alyansda heç bir ölkənin təsdiqini almaq üçün deyil, öz tarixi, coğrafi mövqeyi, dövlətçilik ənənəsi, milli iradəsi və Respublikanın müstəqillik prinsiplərindən irəli gələn gücü ilə təmsil olunur.
"CHP olaraq mövqeyimiz aydındır. Türkiyə NATO üzvüdür, lakin NATO-nun forpostu və ya subpodratçısı deyil", – deyə, Kılıçdaroğlu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az