Çin "Haiyang-2E" müşahidə peykini kosmosa göndərdi


Çin "Haiyang-2E" okean müşahidə peykini uğurla kosmosa buraxıb.

Turkustan.az xəbər verir ki, Peyk bu gün səhər saatlarında Çinin Jiuquan Peyk Buraxılış Mərkəzindən "Long March-4B" daşıyıcı raketi ilə orbitə göndərilib.

Rəsmi məlumata görə, okeanın dinamik mühitinin monitorinqi üçün nəzərdə tutulan "Haiyang-2E" planlaşdırılan orbitə uğurla yerləşdirilib. Bu buraxılış "Long March" raket seriyasının 654-cü uçuşu olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ