Azərbaycana qarşı vuruşmuş erməni polkovnik həbs edildi


Qarabağ separatçıların silahlı dəstəsində komandir müavini olmuş polkovnik Edik Maloyan Ermənistanda saxlanılıb.

Turkustan.az xəbər verir ki, “NewDay”ın məlumatına görə, onun Talin şəhərindəki (Ermənistanın Araqatsotn bölgəsi) evində axtarış aparılıb, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları zabiti saxlayıblar.

İstintaq Komitəsi “Sputnik Ermənistan”a həbsi təsdiqləyib, lakin cinayət işinin motivlərini izah etməyib.

2016-cı ilin aprel döyüşlərində Maloyan kiçik bir dəstəyə rəhbərlik etdi. O, həmçinin 44 günlük müharibədə də Azərbaycana qarşı vuruşub və 1-ci dərəcəli Döyüş Xaçı ordeni ilə təltif edilib./publika.az


MANŞET XƏBƏRLƏRİ