Suriyanın paytaxtı Dəməşqin ən işlək ərazilərindən biri olan tarixi Həmidiyyə bazarına gedən yolda yerləşən kafedə güclü partlayış baş verib.
Turkustan.az xəbər verir ki, lkin məlumata görə, Hicaz Dəmir Yolu stansiyası ilə Məhkəmə binası arasında yerləşən obyektin girişində baş verən partlayış nəticəsində çox sayda insan xəsarət alıb. Yaralılar təcili yardım briqadaları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə partlayış nəticəsində kafeyə ciddi ziyan dəydiyi və hadisə yerində yaralıların olduğu əks olunub.
Suriya Ərəb Xəbər Agentliyi (SANA) hadisəni təsdiqləyərək bildirib ki, paytaxtda baş verən partlayışın səbəbi araşdırılır. Səlahiyyətli qurumlar hadisənin səbəbi ilə bağlı hələlik rəsmi məlumat açıqlamayıb.

Aytən Yaşar/ Turkustan.az