Məhkəmədə gərginlik! Əkrəm İmamoğlu məhkəmə zalından çıxarıldı


İstanbul Böyükşəhər Bələdiyyəsi işi üzrə 61-ci iclas Silivridəki Marmara Qapalı Həbsxanasının 1 saylı məhkəmə zalında, İstanbul 40-cı Ağır Cinayət Məhkəməsinin sədrliyi ilə keçirilib.

Turkustan.az xəbər verir ki, dinləmə zamanı Əkrəm İmamoğlu ilə sədrlik edən hakim arasında müdafiə qrafiki ilə bağlı gərgin mübahisə yaranıb. İmamoğlu ilk iclasın 9 iyul tarixinədək başa çatdırılmasının mümkün olmadığını və müdafiə ardıcıllığının dəyişdirilməsini tələb edib.

Mübahisə gərginləşdikdən sonra sədrlik edən hakim jandarmaya İmamoğlunun, vəkillər Tora Pekin və Mehmet Can Seyhanın, həmçinin CHP millət vəkili Suat Özçağdaşın məhkəmə zalından çıxarılması barədə göstəriş verib. Nəticədə zal boşaldılıb və məhkəmə iclası təxirə salınıb.

İstanbul Böyükşəhər Bələdiyyəsi məhkəməsində gərginlik! Əkrəm İmamoğlu hakim tərəfindən məhkəmə zalından çıxarılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ