Ürəyinizin sağlamlığı üçün bu meyvəni səhər yeməyinə əlavə edin


Kardioloq Sara Aleksander ürək sağlamlığını qorumaq üçün səhər yeməyinə avokado əlavə etməyi məsləhət görüb.

Həkimin sözlərinə görə, avokado xolesterinin səviyyəsini azaltmağa və arterial təzyiqi normada saxlamağa kömək edir. Araşdırmalar göstərib ki, həftədə ən azı iki porsiya avokado yeyən insanlar ürək-damar xəstəlikləri və ürəyin işemik xəstəliyi ilə daha az qarşılaşırlar.

Mütəxəssis bildirib ki, avokadonun faydalı təsiri onun tərkibindəki bitki sterolları ilə bağlıdır. Bu maddələr xolesterinin səviyyəsini aşağı salaraq ürək-damar xəstəliklərinin profilaktikasına kömək edir. Meyvənin tərkibində həmçinin antioksidantlar, E vitamini və damarların sağlamlığını dəstəkləyən digər faydalı mikro və makroelementlər mövcuddur.

Sara Aleksander avokadonun yüksək lif tərkibini də üstünlüklərdən biri kimi göstərib. Onun sözlərinə görə, yarım avokado gündəlik tövsiyə olunan qida lifinin təxminən dörddə birini təmin edir. Bundan əlavə, avokadoda kaliumun miqdarı banandan daha çoxdur ki, bu da orqanizmin artıq duzun qan təzyiqinə mənfi təsirinə qarşı mübarizəsinə kömək edir. /Publika.az/


MANŞET XƏBƏRLƏRİ