Putin və Paşinyan arasında kritik telefon danışığı


Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, Kremlin açıqlamasına görə, Putin və Paşinyan arasında telefon danışığı Ermənistan tərəfinin xahişi ilə baş tutub.

Görüş zamanı Putin Ermənistanın Qazaxıstanın paytaxtı Astanada keçirilən Avrasiya İqtisadi Birliyinin (AİB) Ali İqtisadi Şurasının iclasında qəbul edilmiş birgə bəyanata sadiq qaldığını təsdiqləyib. Bu bəyanatda Ermənistanın Avropa Birliyinə (AB) üzvlük istiqamətində atdığı addımlar da yer alıb.

Görüşdə Ermənistanın Aİ-yə qoşulması və ya AİB-də qalması ilə bağlı referendumun mümkün qədər tez keçirilməsinin vacibliyi vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ