Moskvaya kütləvi hücum: bu obyektlər vuruldu - VİDEO


Ukrayna ordusu Moskva vilayətinə kütləvi dron hücumu həyata keçirib.

Turkustan.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntülər paylaşılıb.

Qeyd olunub ki, Moskva ətrafındakı Çexov şəhərində yerləşən "Hidrostalkonstruksiya" zavodu da hücuma məruz qalıb. Zavodun əsas fəaliyyət istiqaməti energetika və su təsərrüfatı obyektləri üçün hidromexaniki avadanlıqların, metal konstruksiyaların və digər məmulatların istehsalıdır.

Bundan başqa, Podolsk və Koledino ərazilərində "Wildberries" anbarının vurulduğu da bildirilir.

Vurulan obyektlərdə yanğınların başladığı qeyd olunub.


MANŞET XƏBƏRLƏRİ