ABŞ, İsrail və İran arasındakı münaqişələr davam edərkən, Əl-Ərəbiyyə mənbələrinə istinadən bir iddia ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, hesabata görə, İsrail Mossad və xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə İran ərazisində quru əməliyyatı keçirib.
"Əl-Ərəbiyyə"nin məlumatına görə, əməliyyat gecə saatlarında baş verib. Əməliyyatın hədəfi, əhatə dairəsi və nəticələri barədə ətraflı məlumat verilməyib.
İsrail hakimiyyəti iddialarla bağlı heç bir şərh verməyib. İran isə əməliyyatı rəsmi olaraq təsdiqləməyib və ya təkzib etməyib.
Əgər iddia təsdiqlənərsə, bunun İsrail ilə İran arasındakı gərginliyi yeni səviyyəyə qaldıra biləcəyi bildirilir. Hadisələrlə bağlı rəsmi açıqlamalar hələ gözlənilir.
Aytən Yaşar/ Turkustan.az