SEPAH zabitləri bu ölkəyə qaçır? - Video


İran-Əfqanıstan sərhədindəki keçid məntəqələrinin birində çəkildiyi bildirilən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Turkustan.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Görüntülərdə tibbi maskalar taxmış, əllərində İran pasportları olan kişilərin nizamlı şəkildə sərhədi keçdiyi əks olunur. Kadrların gündüz saatlarında çəkildiyi və növbədə dayanan şəxslərin hamısının kişi olduğu görünür.

Videoda bəzi şəxslərin üzlərinin yeni qırxıldığı ehtimal edilir. Maskaların kənarından görünən hissələrdə saqqal izlərinin seçilməməsi diqqət çəkir.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin bir qismi həmin şəxslərin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri olduğunu və ölkəni tərk etdiklərini iddia edir.

Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı 28 fevraldan hərbi əməliyyata başlayıb./axar.az


MANŞET XƏBƏRLƏRİ