İranın Amerika və müttəfiq bazalarına, neft infrastrukturuna və mülki hədəflərə qarşı hücumlarını hansı silahlarla həyata keçirdiyi məlum olub.
Turkustan.az-ın məlumatına görə, İran hərbi əməliyyatlarda ucuz başa gələn 20 min dollarlıq "Şahid-136" dronlarından istifadə edir. ABŞ və tərəfdaşları isə hədəflərinin 90%-dən çoxunu hər ədədi 4 milyon dollar olan "Patriot" raketləri ilə ələ keçirirlər.
Analitiklərin fikrincə, ucuz silahlardan istifadə tərəflər arasında resurs savaşına çevrilib və ilk hansı tərəfin sursat ehtiyatının tükənəcəyi sual doğurur.
Qeyd edək ki, ABŞ və müttəfiqlərinin yalnız bir neçə gün aktiv döyüşə davam gətirə biləcək PAC-3 və raket ehtiyatlarına sahib olduğu, İranın isə təxminən 2000 ballistik raketi və xeyli sayda "Şahid" dronuna sahib olduğu və davamlı hücumlar üçün daha güclü ballistik raketlər saxlaya biləcəyi təxmin edilir./modern.az