İranın əvvəllər hədəf aldığı Qətərdəki Əl-Udeyd hava bazasına növbəti dəfə zərbə endirilib.
Turkustan.az xəbər verir ki, hücumda çox sayda ABŞ əsgərinin öldüyü iddia edilib. Bölgədəki hadisələr müharibənin gedişatı ilə bağlı narahatlıqları artırıb.
Yarırəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, İran ABŞ-ın bölgədəki bazalarını və aktivlərini hədəf alan yeni raket hücumları dalğasına başlayıb.
Bu kontekstdə Qətərdəki Əl-Udeyd bazasının, eləcə də Bəhreynin paytaxtı Manamadakı ABŞ hərbi bazasının və Omanın Sultan Qabus limanında yerləşən Amerika ticarət kompleksinin hədəf alındığı bildirilib. Məlumatda Manamada və Omanın Raysut limanındakı ABŞ mövqeyinin yaxınlığında güclü partlayışların eşidildiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az