Noyabrın 1-dən metronun “Memar Əcəmi” stansiyası ilə Hökməli qəsəbəsini əlaqələndirən 156 və 156A nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar yenilənəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 156 nömrəli marşrut üzrə 10 ədəd “İsuzu Citibus”, 156A nömrəli marşrut üzrə isə 4 ədəd “İsuzu HC45” markalı müasir və komfortlu avtobus sərnişindaşıma xidmətinə cəlb olunacaq.
Hər iki marşrut üzrə ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gediş haqqı 50 qəpik müəyyən edilib.