İrana qarşı yeni hücum təhlükəsi: Körfəz ölkələri hərəkətə keçdi


ABŞ və İsrailin İrana qarşı mümkün yeni hücuma hazırlıqlarını davam etdirdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Körfəz ölkələri isə müharibənin yenidən alovlanmasının qarşısını almaq üçün diplomatik səylərini gücləndirir.

ABŞ mətbuatında İrana qarşı yeni hücum dalğasına hazırlıqla bağlı yayılan iddialar və ABŞ Prezidenti Donald Trampın açıqlamaları mümkün müharibənin təsirlərindən narahat olan Körfəz ölkələrində təşvişi artırıb.

“Wall Street Journal” qəzeti Vaşinqton administrasiyasının Körfəz ölkələrini yeni hərbi əməliyyata hazırlaşmaq barədə xəbərdar etdiyini iddia edib. Britaniyanın “The Guardian” qəzeti isə bölgə ölkələrinin münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün intensiv diplomatik səylər göstərdiyini yazıb.

İrana qarşı yeni hücum ehtimalını dəfələrlə gündəmə gətirən ABŞ Prezidenti Donald Tramp da son açıqlamalarında hərbi əməliyyat ehtimalına işarə edib.

Texasda keçirilən mitinqdə Tramp “İranla müharibə istədiyim zaman bitəcək” deyib. O, prosesin “çox tez” başa çata biləcəyini, lakin nəticənin “düzgün” olmasının vacibliyini vurğulayıb.

Mitinqdən sonra jurnalistlərin 3 noyabr ara seçkilərindən sonra İrana qarşı yeni hücumun olub-olmayacağı ilə bağlı sualını cavablandıran Tramp “Hər şey mümkündür” deyib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ