Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini işıqlandırmaq üçün Azərbaycan media nümayəndələri Daşkəndə yola düşüb.
Turkustan.az-ın Modern.az-a istinadən məlumatına görə, Azərbaycan media heyətini daşıyan təyyarə artıq Daşkənd hava limanına eniş edib.
Səfər çərçivəsində Azərbaycan media nümayəndələri Prezident İlham Əliyevin Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevlə görüşlərini, keçirilməsi nəzərdə tutulan rəsmi tədbirləri və iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı mühüm məqamları yerindən işıqlandıracaqlar.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutacaq səfər çərçivəsində İlham Əliyev Ali Dövlətlərarası Şuranın üçüncü iclasına qatılacaq.