Zelenski həmin xəbəri təkzib etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin “Şimal axını” qaz kəmərlərinin partladılması ilə bağlı əməliyyatın planlaşdırılmasında və ya həyata keçirilməsində iştirak etməsi barədə iddiaları rədd edib.

Turkustan.az-ın xəbərinə görə, Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna hadisənin bütün təfərrüatlarının araşdırılması üçün tərəfdaşlarla əməkdaşlığa hazırdır. Onun sözlərinə görə, ölkənin hüquq-mühafizə orqanları da istintaq çərçivəsində müvafiq əməkdaşlıq aparır.

Ukrayna lideri Almaniya tərəfinin bu məsələni Kiyevlə daha əvvəl də müzakirə etdiyini qeyd edib. O vurğulayıb ki, Ukraynanın sözügedən əməliyyatın planlaşdırılması və icrasında iştirak etmədiyini alman tərəfi bilir.

Zelenski hazırda istintaqın davam etdiyini, müxtəlif şəxslər və şahidlərin dindirildiyini bildirib. Onun sözlərinə görə, Ukrayna Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi məsələ ilə bağlı tərəfdaş ölkələrlə əlaqəni davam etdirir.

Ukrayna Prezidenti əlavə edib ki, Kiyev araşdırma prosesində şəffaf əməkdaşlığa hazırdır və müharibənin əvvəlindən Ukraynanı dəstəkləyən Avropa ölkələri ilə etimadın qorunması onun üçün xüsusi əhəmiyyət daşıyır. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ